Filterlər

Filter by price
Zəmanət
1

Bütün 1–9 of 17 nəticə göstərilir

SFP modulların,  SFP + transiverlərin satışı.

SFP modulların, SFP+ transiverlərin satışı ADT Comp Group şirkətinin əsas istiqamət götürdüuümüz yollardandır. Əsasən SOPTO şirkəti ilə tərəfdaşlığımız və distribyutor olmağımız bizə SFP transiver bazarında laiqli yer tutmağa kömək edir. Sopto şirkətinin məhsullarının keyfiyyətli və sərfəli olması, özünə bazarda yaradmasına kömək edir. Bizim məhsulları birbaşa xaricdən ölkəmizə gətirməyimiz məhsullarımza sərfəli qiymət qoymağ üçün komək edir. Bakıda SFP modulların topdan və pərakəndə satışı ilə məşqul olan az sayılı şirkətlərindən biriyik.

SFP modul nədir.

SFP (Small Form factor Pluggable) modullar metal korpus daxilinə yığılmış tək və ya cüt lif taxılan transiverdir. Digər tərəfdən isə mis konnektorlar ilə qoşulan avadanlıqa birləşdirilir. Bu tip qurğular Sviç, Mediakonverter, OLT və sair bu kimi aktiv avadanlıqlara taxılır. CAT5, CAT6 tip kabellərin kifayət etmədiyi məsafələrə məlumat ötürməsini təmin edir. Transiverlərin işlədiyi məsafə aralığı modellərə uyğun olaraq, 10km – 100km aralığında dəyişə bilir. SFP transiverlərin ötürmə sürəti  100 Mbit/s   4.25 Gbits/s aralığında dəyişir. Ən yayğin model isə 1.25Gbit/s işləyən transiverlərdir. Satışda olan məhsullarımız əsasən Single Mode fiber optik kabel ilə işləyir. Lakin Multimode transiverlər də təşkil edə bilərik.

Tək lifli Single Fiber SFP, SFP+ transiverlər:

ADT Comp Group olaraq Sopto şirkətinin tək lifli modullarını Bakıya gətiririk. Anbarlarımızda sürət, işləmə dalğası və sair faktorlara əsasən fərqli modellər mövcuddur.

SFP+ Single Fiber SM 40km 10G SPT-PB2733TG-L40 model

SFP+ SM 20km 10G Single Fiber model SPT-PB2733TG-L20

SPT-PB351G-L10D SPT-PB531G-L10D Sİngle Fiber SFP Modul  10KM

SPT-PB351G-L40D SPT-PB531G-L40D 40 KM SFP MODUL

SPT-PB451G-L80D SPT-PB541G-L80D SFP MODUL SM 80 KM

Cüt lifli SFP, SFP+ modular:

ADT Comp Group olaraq Sopto şirkətinin cüt lifli modullarını da Azərbaycana gətiririk. Anbarlarımızda sürət, işləmə dalğası və sair faktorlara əsasən fərqli modellər mövcuddur.

SFP Modul 2 lifli 1.25G 550m SPT-P851G-S5D model multimode transiver.

SFP+ SM 20km 10G Dual Fiber SPT-P13TG-LRS model

SPT-P131G-10D SFP Dual Fiber Transiver SM 10km 1.25G 1310nm

SPT-P131G-20D SFP SM 20KM model SFP Dual Fiber Transiver SM 20km 1.25G 1310nm

SFP+ Modulların fərqi isə ondan ibarətdir ki SFP transiverlərdən fəqrli olaraq 10 Gbit/s sürətə kimi işləyə bilir. Digər fərqi isə ondadır ki adətən SFP+ modullar sadə SFP üçün nəzərdə tutulmuş portlara qoşula bilmir. Buna istisna ola biləcək xüsüsi qurğular ola bilər. Onun üçün də İstehsalçının rəsmi təlimat mənbəyinə baxmaq lazımdır.

SFP Cooper modeli isə standart transiverlərdən RJ45 porta malik olması ilə fərqlənir. 10/100/1000Mbits sürət ilə məlumat mübadiləsini həyata keçirir.

SFP Cooper 10/100/1000 100m SPT-PTT2-RS1