Ana səhifə / Haqqımızda

Haqqımızda

ADT Comp Group Azərbaycanda fiber optik, şəbəkə və informasiya texnologiyaları sahəsində etibarlı tərəfdaşlardan biridir. Şirkətimiz müasir İT və telekommunikasiya həllərinin təchizatı, layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi üzrə peşəkar xidmətlər göstərir.

Fəaliyyət İstiqamətlərimiz və Partnyorlar

Fəaliyyət istiqamətlərimizə fiber optik avadanlıqlar, GPON sistemləri, şəbəkə avadanlıqları, serverlər, məlumat saxlama sistemləri, kompüter və noutbuklar, videomüşahidə sistemləri, printerlər və digər İT avadanlıqlarının satışı və inteqrasiyası daxildir.

Müştərilərimizə yüksək keyfiyyət və etibarlılıq təqdim etmək məqsədilə dünyanın aparıcı istehsalçıları olan TP-Link, SOPTO, QNAP, HP, Lenovo, Acer, Canon, OPTICOM və digər brendlərlə əməkdaşlıq edirik.

Şirkətimiz müxtəlif sahələrdə fəaliyyət göstərən dövlət qurumları, dövlət müəssisələri, telekommunikasiya operatorları, banklar, maliyyə təşkilatları, otellər, biznes mərkəzləri, sənaye müəssisələri, tikinti şirkətləri, təhsil və səhiyyə müəssisələri, internet provayderləri, sistem inteqratorları, eləcə də kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq edir və onların texnoloji layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi çıxış edir.