Showing all 2 results
-
MövcuddurOptictimes PON OLT ZG6504, 4 Port GPON OLT with 2*10GE + 4*GE + 4*GE (RJ45), CPU/Memory/Flash Monitoring, Dual AC power supply
1.900,00 AZNMəhsul təsviri: • Kompakt və modul dizayn: 1U hündürlüyünə malik olan korpusda ventilyator və qida bloku modul tipli...Add to cart -
MövcuddurOptictimes PON OLT ZG6508, 8 Port GPON OLT with 4*10GE(SFP) + 2*GE (RJ45), Dual AC/DC Power Supply
2.700,00 AZNMəhsul təsviri: • 1U hündürlüyündə ventilyator və qida bloku çıxarıla biləndir (pluggable) və modul dizaynı quraşdır...Add to cart
GPON avadanlıqlarının satışı
GPON avadanlıqlarının, OLT və ONU terminallarının satışı ADT Comp Group şirkətinin əsas istiqamətlərindən biridir. Əsasən SOPTO şirkəti ilə rəsmi tərəfdaşlığımız və distribyutor olmağımız bizə fiber-optik texnologiyalar bazarında layiqli yer tutmağa kömək edir. Sopto şirkətinin istehsal etdiyi GPON məhsullarının yüksək keyfiyyətli və sərfəli olması, onların bazarda böyük tələbat qazanmasını təmin edir. Bizim GPON avadanlıqlarını birbaşa xaricdən, istehsalçıdan ölkəmizə gətirməyimiz müştərilərimizə ən sərfəli qiymətləri təklif etməyə imkan yaradır. Bakıda GPON şəbəkə qurğularının topdan və pərakəndə satışı ilə məşğul olan aparıcı şirkətlərdən biriyik.
GPON nədir və bu kateqoriyaya hansı avadanlıqlar daxildir?
GPON (Gigabit Passive Optical Network) – yüksək sürətli məlumat ötürülməsini təmin edən passiv optik şəbəkə texnologiyasıdır. Bu sistem tək bir fiber-optik xətt üzərindən çoxlu sayda abonentin qoşulmasına imkan verir və əsasən aşağıdakı aktiv və passiv avadanlıqlardan ibarətdir:
• OLT (Optical Line Terminal) – provayder tərəfində quraşdırılan və bütün şəbəkəni idarə edən mərkəzi aktiv avadanlıqdır.
• ONU / ONT (Optical Network Unit) – abonent tərəfində (ofis və ya evlərdə) quraşdırılan və optik siqnalı internet datasına çevirən müştəri terminallarıdır.
• PLC Splitterlər – magistral optik xətti abonentlər arasında bölən (1:2, 1:4, 1:8, 1:16, 1:32 və ya 1:64 nisbətində) passiv kross avadanlıqlarıdır.
GPON texnologiyasının üstünlükləri
GPON avadanlıqları vasitəsilə qurulan şəbəkələr modellərə və layihəyə uyğun olaraq mərkəzi stansiyadan (OLT) abonentə qədər 20 km-ə qədər məsafədə siqnal ötürülməsini təmin edir. GPON texnologiyasının ötürmə sürəti downstream (endirmə) üçün 2.5 Gbit/s, upstream (yükləmə) üçün isə 1.25 Gbit/s təşkil edir. Satışda olan məhsullarımız əsasən Single Mode fiber-optik kabellər və komponentlər ilə stabil işləmək üçün nəzərdə tutulmuşdur. ADT Comp Group olaraq, şəbəkənizin kəsintisiz və yüksək sürətlə çalışması üçün rəsmi zəmanətli SOPTO GPON həllərini təqdim edirik.





