Fiber optik mufta 48 port
Fiber optik mufta 48 port – gilza dəstəyi. Məhsul, məlumat mübadilə sistemlərində, maqistral və abonent optik kabel çəkilişində istifadə olunur. Əsasən çöl şəraitində, telekomunikasiya kanalizasiyalarında – FTTH, PON, GPON şəbəkələrin şaxələndirilməsinə istifadə edilir. Əsas dayaq nöqtəsinin üzərində hərəsi 12 gilzalıq olmaqla 4 ədəd splays kaset mövcüddur. Daxilində olan kasetlər dəyişdirilə bilər, və bununla da gilza yeri artırıla bilər. Qapağın böyük və geniş olması daxil olan fiber optik kabellərin siqnal itkisinin az olmasına müsbət təəsir göstərir. Qaynaq edilən lifləri kasetlərə bərkidib lifləri rahat şəkildə dayaq nöqtələrinə bərkitmək olur. 4 ədəd maqistral qoşulması üçün nəzərdə tutulan fiber optik kabel girişi mövcuddur. Daxil olan kabellərin, liflərin bərkidilməsi, rahat yerləşdirilməsi üçün çox sayda müxtəlif dayaq nöqtələri var. Mufta, hava şəraitinə dözümlü plastikdən hazırlanıb. Divara və dirəklərə bərkidilməsi üçün metal konstruksiyalar mövcuddur.
Fiber Optik Mufta Satışı 48 port.
Fiber optik mufta satışı, ADT Comp Group tərəfindən həyata keçirilir. Mövcüd modeldən başqa əlimizdə müxtəlif ölçülərdə və komplektasiyalarda muftalar, sonlama qutuları mövcüddur. Digər modellərlə bağlı informasiyanı saytımızdan və ya bizimlə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Şirkətimiz Azərbaycanın qabaqcıl internet provayderlərı ilə əməkdaşlıq edir.









Reviews
There are no reviews yet.