Patç Kord Cat6, 3 metr, UTP
Patç kord CAT6, 3 metr, hər iki tərəfdən RJ45 başlıqlar ilə sıxılmış şəbəkə kabeli parçasıdır. Daxilində olan UTP simlərin ötürmə sürəti 250MHz təşkil edir. Xarici örtüyü göy rəngdə olan CAT 6 patç kord 3 metr əsasən qoşulma nöqtələri bir birinə yaxın olan avadanlıqları birləşdirmək üçün istifadə edilir. Müasir dövrdə tək komputer texnikası deyil, hətta mətbəx avadanlıqlarını belə şəbəkəyə qoşmaq mümkündür. Bu da bizə RJ45 patç kordların vacibliyindən xəbər verir. İnformasiya texnologiyaları sahəsinin ayrılmaz hissəsi olan patç kordlar müxtəlif məsafələrdə avadanlıqları kommutasiya etmək üçün istifadə olunur. Patç panel, sviç, modem, SFP modul, media konverter və s. avadanlıqlar bunlardan sadəcə bir neçəsidir. Kabellərdən əlavə olaraq saydığımız və saymadığımız İT avadanlıqlar anbarlarımızda mövcuddur.
CAT6 patç kord satışı.
Patç kord CAT6, 3 metr satışı, ADT Comp Group tərəfindən həyata keçirilir. Uzunluğuna, başlıqlarına, rənglərinə görə fərqlənən hər növ patç kord satışı mümkündur. ADT Comp Group olaraq yalnız rəsmi təminatçılarla işləyirilk. Bakıda müxtəlif növ patç kordların topdan və pərakəndə satışı ilə məsğul oluruq. Patç kordlardan əlavə olaraq CAT5, CAT6, fiber optik drop kabellərin buxta ilə satışı mümkündür. İstənilən sayda patç cord və drop kabel təmin etmək imkanımız var.







Reviews
There are no reviews yet.