Fiber Optic Patch Cord SC/APC LC/UPC duplex SM 1 metr
Fiber optik patç kord SC/APC LC/UPC duplex SM 1 metr satışı. Bir tərəfdən (göy rəngli) UPC polirovkalı LC, digər tərəfdən isə SC/APC (yaşıl) başlıqlar ilə sonlandırılmışdır. Single mode fiber optik kabeldən ibarət olan bu pact kabelin uzunluğu 1 metrdir, diametri isə 3 millimetrdir. Daxildə olan fiber optik liflər LSZH örtük ilə qapadılmışdır. Patc kordlar əsasən aktiv şəbəkə avadanlıqlarını, optik krosslara və digər avadanlıqların qoşulması üçün istifadə edilir. Telekommunikasiya və IT sahənin ayrılmaz hissələrindəndir patch cordlar. Bu patc kordun siqnalı ötürmə itkisi ortalama olaraq 0.10dB təşkil edir, geriyə qayıdan siqnalın itkisi isə 53dB olur. İşləmə temperaturu -20C +50C dərəcəyədək olur və bu da məlumat mübadiləsinin sürətinin stabil saxlanmasını təmin edir.
Fiber-optik Patç kord LC/UPC – SC/APC 1 m satışı.
Satışı Sopto şirkətinin rəsmi distribyutoru olaraq ADT Comp Group şirkəti həyata keçirir.
Təklif edilən Fiber-optik Patç kord LC/UPC – SC/APC 1 m modeilini online və ya yerində odəniş ilə əldə edə bilərsiniz. Məhsulun sertifikatları və zəmanəti mövcuddur. Uzunluğuna, başlıqlara görə fərqlənən patch cord modelləri ilə saytımızda tanış ola bilərsiniz. Axtardığınız patc kordlar saytımızda olmadığda bizimlə əlaqə saxlayıb sifariş verə bilərsiniz. Biz isə öz növbəmizdə ən qısa zamanda istədiyiniz növ patc kordu sizə təqdim edərik.
ADT Comp Group.
Şirkətimiz tək fiberoptik sistemlər sahəsində yox, həmçinin kompyuterlər, noutbuklar, serverlər, təhlükəsizlik sistemləri və s. şəbəkə və ofis avadanlıqlarının satışı ilə məşğuldur. 20 ildən art ıqdır ki, telekommunikasiya sahəsində fəaliyyət göstəririk, və bir çox xarici, yerli şirkətlərlə əməkdaşıq. Bu izə öz növbəsində keyfiyyətli və sərfəli xidmət göstərmək üçün bizə stimul verir.
Fiber optik patç kord istehsalı.
Şirkətimiz fiber optik patç cord istehsalı üzrə müəsssisəyə malikdir. İstənilən ölçüdə, parametr və spesifikasiyada patch cord istehsalı mümkündür. Müştəri sorğularının yerinə yetirilməsi verilən sifarişin həcmindən aslı olaraq 1-2 gündən 7-10 iş günü ərzində tam təhfil verilə bilər. SC/ UPC, SC/ APC, LC/APC, LC/UPC, FC, ST və bu kimi konnektor başlıqlar ilə patç kord istehsal edib, müxtəlif testlərdən keçirib müstəriyə məhsulları təqdim edirik.
Fiber optik avadanlıqların və detalların satışı.
Hər cür fiber-optik avadalıq satışı ilə bağlı saytımızı gəzib, istəyinizə uyğun avadanlıqları əldə edə bilərsiniz. Siz rahat, vaxtınızı itirmədən saytımızda məlumat axtarış edə bilərsiniz. İstədiyiniz məlumatı tapmağınız üçün sadə və başa düşülən stildə dizayn etdik.







Reviews
There are no reviews yet.