Optictimes SFP+ 10G BIDI 10KM SFP MODUL modeli SM Simplex 10G 10km
Optictimes SFP+ 10G BIDI 10KM model SFP modul satışı. Transiver modeli 10G (10 Gbps) sürətlə məlumatları 10 kilometrədək məsafədə ötürmək üçün nəzərdə tutulub. BIDI (Bidirectional) texnologiyası sayəsində Single Mode, Simplex (tək lifli) sistemlə işləyir və LC fiber-optik girişə malikdir. Müasir DDM (Rəqəmsal Diaqnostika Monitorinqi) funksiyası mövcuddur.
Texniki qeyd
Bu model BIDI texnologiyası ilə işlədiyi üçün, 10G əlaqə xəttini qurmaq üçün cütlük şəkildə istifadə olunur (Tx 1270nm / Rx 1330nm və Tx 1330nm / Rx 1270nm). Məhsulun qiyməti 1 (bir) ədəd üçün nəzərdə tutulub.
Optictimes SFP+ 10G BIDI 10KM SFP MODUL
Optictimes şirkətinə məxsus bu SFP+ modulları Cisco, Extreme, Juniper, HP, H3C, Linksys və sair brendlərin avadanlıqları və proqram təminatı ilə tam uyğun işləmək gücünə malikdir. Optictimes şirkətinin məhsullarının keyfiyyəti, dünyanın aparıcı sertifikasiya şirkətləri tərəfindən yüksək səviyyədə qiymətləndirilib və sertifikatlaşdırılıb.
ADT Comp Group
Şirkətimiz tək fiber-optik sistemlər sahəsində yox, həmçinin kompüterlər, noutbuklar, serverlər, təhlükəsizlik sistemləri və sair şəbəkə və ofis avadanlıqlarının satışı ilə məşğuldur. 20 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərməyimiz və bazarda tanınan, güvənilən İKT avadanlıqları satıcısı olmağımız, ehtiyacınız olan fiber-optik avadanlıq, printer, server, kamera və digər texnikanı rahatlıqla seçib əldə etməyinizə kömək edəcək.
Texniki Dəstək
Fiber-optik avadanlıqların satışı ilə yanaşı, bizim peşəkar satış menecerlərimiz və texniki işçilərimiz daimi olaraq lazımlı informasiyanı sizinlə bölüşməyə tam hazırdır. Servis xidmətimiz bu sahədə Bakıda tanınan və seçilən mərkəzlərdəndir.
Təhlükəsizlik sistemləri
ADT Comp Group firmasının təklif etdiyi təhlükəsizlik sistemləri sadəcə avadanlıqlardan ibarət deyil. Biz təklif etdiyimiz kamera, domofon, access control və bu kimi avadanlıqların tək satışı ilə məşğul olmuruq. Yüksək peşəkar xidmət göstərən servis işçilərimiz, verilən tapşırığın ölçüsündən asılı olmayaraq, işləri zamanında və yüksək keyfiyyətlə yerinə yetirib təhvil verir.
SFP modulların satışı
SFP modulların satışı, digər fiber-optik avadanlıqların və telekommunikasiya sistemlərinin topdan və pərakəndə satışı ilə bağlı saytımızda ətraflı axtarış edə bilərsiniz. İstəyinizə uyğun kompleks həlləri asanlıqla əldə etməyiniz üçün veb-saytımız sadə və tam anlaşılan stildə hazırlanmışdır.







Reviews
There are no reviews yet.