Patc Kord SC-LC 50m, cüt lifli, Single Mode.
Patc Kord SC-LC 50m, cüt lifli, fiber-optik kabel parçasıdır. Bir tərəfi (göy rəngdə) UPC polirovkalı SC başlıq ilə, digər tərəfdən isə (göy rəngdə) UPC polirovkalı LC başlıq ilə sonlandırılmışdır. Konnektorların keramik hissəsi 125 mm təşkil edir. Single mode fiber optik kabeldən ibarət olan bu pact kordun uzunluğu 50 metrdir, diametri isə 3 millimetrdir. Daxildə olan fiber optik liflər PVC örtük ilə qapadılmışdır və 0.9 mm diametr həcmi var. Patc kordlar Telekommunikasiya və IT sahənin ayrılmaz hissələrindəndir. Fiber-Optik Patc kordlar əsasən aktiv şəbəkə avadanlıqlarını, optik krosslara və digər avadanlıqların qoşulması üçün istifadə edilir. Patc kordun siqnalı ötürmə itkisi ortalama olaraq 0.12dB təşkil edir. Geriyə qayıdan siqnalın itkisi isə 52dB olur. İşləmə temperaturu -20C +50C dərəcəyədək olur və buda məlumat mübadiləsinin sürətinin stabil saxlanmasını təmin edir.
Fiber-optik Patc Kord satışı.
Satışı Sopto şirkətinin rəsmi distribyutoru olaraq ADT Copm şirkəti həyata keçirir.
Təklif edilən Patch Cord SC-LC 50m modeilini online və ya yerində odəniş ilə əldə edə bilərsiniz. Məhsulun sertifikatları və zəmanəti mövcuddur. Uzunluğuna, başlıqlara görə fərqlənən patch cord modelləri ilə saytımızda tanış ola bilərsiniz.
ADT Comp Corp.
Şirkətimiz tək fiberoptik sistemlər sahəsində yox. Həmçinin kompyuterlər, noutbuklar, serverlər, təhlükəsizlik sistemləri və sair şəbəkə və ofis avadanlıqlarının satışı ilə məşquldur. 20 ildən artıqdır ki telekommunikasiya sahəsində fəaliyyət göstəririk, və bir çox yerli, xarici şirkətlərlə əməkdaşıq. Bu izə öz növbəsində keyfiyyətli və sərfəli xidmət göstərmək üçün bizə stimul verir.
Fiber optik avadanlıqların və detalların satışı.
Hər cür fiber-optik avadalıq satışı ilə bağlı saytımızı gəzib, istəyinizə uyğun avadanlıqları əldə edə bilərsiniz. Siz rahat, vaxtınızı itirmədən saytımızda məlumat axtarış edə bilərsiniz. İstədiyiniz məlumatı tapmağınız üçün sadə və başa düşülən stildə dizayn etdik.
| Patc kord tipi | Duplex |
| Lif standartı | SM (G652D) |
| Konnektor tipi | SC/LC |
| Konnektorun polirovkası | UPC |
| Uzunluğu (m) | 50 |
| Kabelin diametri (mm) | 3 |
| Qoruyucu təbəqə | PVC |
| Qoruyucu təbəqənin rəngi | Sarı |
| Siqnal itkisi | ≤0,12 |
| Geriyə gələn siqnalın itkisi | ≥52 |
| Minimal əyilmə radiusu, mm | 30 |
| İşləmə temperaturu, °C | -20 +50 |








Reviews
There are no reviews yet.